Beynəlxalq təşkilatların sayının artması onların daha çox insanın həyatına və hüquqlarına olan təsir gücünü artırmışdır. İstər münaqişə zonasında sülh və sabitliyi təmin etmək məqsədilə əməliyyatları qanuniləşdirmək və həyata keçirməklə, istərsə də insanların həyat şəraitini …
Bitki müxtəlifliyinin hüquqi mühafizəsi əqli mülkiyyət hüququnun predmetinə sonralar daxil olsa da, müasir dövrdə iqtisadiyyatı kənd təsərrüfatından asılı olan dövlətlərin xüsusilə diqqət yetirdiyi sahələrdən birinə çevrilmişdir. Bu xüsusda, dövlətlər bir tərəfdən bitki müxtəlifliyinin qorunub …
Küçə sənəti, adətən, ictimai yerlərdə, məsələn, binaların və ya vaqonların üzərində əks etdirilən təsviri incəsənətdir. Bir vaxtlar bu anlayışa cinayət hüququ çərçivəsində çox sərt yanaşılmışdır. Belə ki, qraffitilər cinayət əməli və ya vandalizm kimi …
XXI əsrin əvvəllərindən etibarən elektron apostil müzakirə obyektinə çevrilmişdir. Onun tətbiqi ilə bağlı isə hələ də bir sıra çətinliklər mövcuddur. Dövlətlərin bu məsələdə ehtiyatlı davranmasının əsas səbəbi hüquqi və texniki xarakterli problemlərin mövcud olmasıdır. …
Mülki mübahisələrin say çoxluğu məhkəmələrin iş yükünün azaldılmasını zəruri edir. Bu səbəbdən Azərbaycan Respublikası da daxil olmaqla, digər ölkələrdə bu prosesin sürətləndirilməsi və sadələşdirilməsi istiqamətində müxtəlif islahatlar aparılır. Həmin islahatların siyahısına tərəflərin təqdim etdiyi …
Qaçqınların hüquqlarının qorunması insan hüquqlarının müdafiəsinin ən mühüm məsələlərindən biri olmuşdur. Belə ki, bu şəxslər üzləşdikləri çətinliklərə görə əlavə müdafiə tədbirlərinə ehtiyac duyurlar və bu da onları başqa ölkədə sığınacaq tapmağa məcbur edir. Həmin …