Almaniya və Azərbaycan vergitutma sistemlərində yer alan gəlir vergisinin hüquqi prinsiplərinin müqayisəli analizi və vahid vergi prinsiplərinin tətbiqi

4 Baku St. U. L.Rev. 198 (2018)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə Almaniya Federativ Respublikası və Azərbaycan Respublikasının gəlir vergisi sahəsində istifadə olunan hüquqi prinsiplərin geniş təsviri verilmiş, onların funksional cəhətdən vergi sistemi üçün mahiyyəti araşdırılmış, habelə, onların bir-biri ilə korrelasiyası müqayisəli hüquq prizmasından təhlil olunmuşdur. Bundan əlavə aktual beynəlxalq vergi hüququnda universal xarakterli prinsiplərin rolu tədqiq olunaraq, onların vergitutma prosesinə təsiri araşdırılmışdır.