Məqalənin dili: Azərbaycanca.
Annotasiya
İnzibati müqavilə anlayışı müasir hüquq sistemlərində, xüsusilə fransız hüququnun təsiri altında formalaşsa da, bu institut müxtəlif ölkələrin qanunvericiliklərində fərqli şəkildə tənzimlənir. Bu hal müqavilə institutunun tarixi baxımdan mülki hüquqdan qaynaqlanması ilə izah edilir. Azərbaycan qanunvericiliyində isə  inzibati müqavilə ayrıca hüquqi kateqoriya kimi təsbit edilmədiyindən, beynəlxalq təcrübədəki bu fərqli yanaşmalar onun hüquqi mahiyyətinin və tətbiq çərçivəsinin ölkə kontekstində mübahisəli qalmasına gətirib çıxarır.
Bu məqalədə inzibati müqavilənin anlayışı, xarakterik xüsusiyyətləri və hüquqi təbiəti müxtəlif ölkələrin qanunvericiliyi və doktrinal yanaşmaları əsasında təhlil edilmişdir. Onun inzibati akt və mülki-hüquqi müqavilə ilə müqayisəsi aparılmış, məhkəmə aidiyyəti, müvafiq iddia növünün seçilməsi və üçüncü şəxslərin hüquqlarının müdafiəsi kimi məsələlər araşdırılmışdır. Nəticə olaraq, inzibati müqavilələrin hüquqi çərçivəsinin formalaşdırılması üçün normativ və institusional təkliflər irəli sürülmüşdür.
Bu post həm də digər dildə mövcuddur: 
    

