Məqalənin dili: İngiliscə.
Annotasiya
Bu məqalə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Opuz Türkiyəyə qarşı (2009) adlı presedent qərarını araşdırır. Həmin qərarda Məhkəmə məişət zorakılığını Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi çərçivəsində gender əsaslı ayrı-seçkilik forması kimi tanımışdır. Tədqiqat bu işi feminist hüquqi nəzəriyyə prizmasından təhlil edir və xüsusilə Dianne Otto və Alexandra Timmer-in yanaşmalarına əsaslanır. Məqalənin məqsədi AİHM-in bu qərar vasitəsilə beynəlxalq insan hüquqları hüququnda gender bərabərliyinin inkişafına necə töhfə verdiyini qiymətləndirməkdir. Həmçinin tədqiqat Məhkəmənin yanaşmasında mövcud olan konseptual və doktrinal məhdudiyyətləri müəyyənləşdirərək, gələcək təfsirlər üçün daha transformativ bərabərlik modelinə keçid istiqamətləri təklif edir.
Bu post həm də digər dildə mövcuddur: 
    

