Dil: İngiliscə.
Ön söz
18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Jurnalın ötən 10 ildə əldə etdiyi nailiyyətləri qeyd etmək və onun gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək məqsədi daşımışdır. Tədbirin gedişatında Jurnalın fəaliyyətinə dəstək göstərmiş şəxslər, o cümlədən qurucu baş redaktor Orxan Abdulkərimli çıxış edərək dəyərli fikir və tövsiyələrini bölüşmüşlər. Növbəti hissədə isə “Hüquq jurnalları hüququn inkişafına necə töhfə verir?” mövzusunda panel müzakirə baş tutmuşdur. Jurnalın cari baş redaktoru Camal Əzimovun moderatorluğu ilə keçirilən müzakirədə Jurnalın əvvəlki Baş redaktor və redaktorları iştirak etmişlər. Qeyd edilməlidir ki, bu müzakirə Jurnalın təcrübəli müəlliflərinin iştirakı ilə də qurula bilərdi, lakin düşünürük ki, belə bir mövzuda məhz Jurnal fəaliyyəti ilə yaxından tanış olan redaktorların mövqelərini öyrənmək daha geniş perspektivin təmin olunmasına gətirib çıxaracaqdır.
Bu post həm də digər dildə mövcuddur:
English