Startap və investor arasında hüquqi körpü: Azərbaycan və ABŞ yanaşmasının müqayisəli təhlili

11 Baku St. U. L.Rev. 73 (2025)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
İnnovasiya və sahibkarlıq mühitinin sürətlə inkişaf etdiyi dövrdə startapların hüquqi tənzimlənməsi və maliyyələşdirilməsi məsələləri aktuallıq qazanmaqdadır. Startaplar qeyri-müəyyən və dinamik şəraitdə fəaliyyət göstərdiyindən onların hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi və investorlar üçün əlverişli maliyyə mexanizmlərinin yaradılması bu sahənin davamlı inkişafı üçün vacibdir. Dünyada bu sahədə müxtəlif yanaşmalar mövcud olsa da, xüsusilə ABŞ-nin startap ekosistemində tətbiq etdiyi hüquqi alətlər və maliyyələşdirmə mexanizmləri diqqət çəkir. Azərbaycanda isə startap mühitinin formalaşmasına baxmayaraq, onun hüquqi və maliyyə çərçivəsi tam yetkinləşməmişdir. Buna görə də, məqalədə ABŞ və Azərbaycan təcrübələri müqayisəli yanaşma ilə araşdırılaraq, startapların hüquqi statusu, dövlət dəstəyi və investisiya mexanizmləri təhlil edilir. Bundan əlavə, Azərbaycanın mövcud qanunvericiliyindəki boşluqlar nəzərdən keçirilərək, beynəlxalq təcrübəyə əsaslanan hüquqi və institusional islahat təklifləri irəli sürülür.

Bu post həm də digər dildə mövcuddur: English