Buraxılış 10:2

“Vicdanlılıq” prinsipinin Azərbaycan Respublikasının mülki qanunvericiliyi və məhkəmə təcrübəsindəki məqsədi

10 Baku St. U. L.Rev. 174 (2024)

Annotasiya
Bu məqalədə tərifi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ayrıca normasında müəyyən edilmiş vicdanlılıq prinsipinin Azərbaycan Respublikası məhkəmələri tərəfindən tətbiqi problemləri araşdırılır. Xüsusilə, tərəflərin hərəkətlərinin Mülki Məcəllədəki normada verilən təriflə tam üst-üstə düşmədiyi hallarda məhkəmələrin bu məsələni necə həll etməsi barədə sual yaranır. Digər ölkələrin qanunvericiliyinin və məhkəmə təcrübəsinin təhlili əsasında belə qənaətə gəlinir ki, müqavilə azadlığı prinsipinə əsaslanaraq tərəflər müqavilədə vicdanlılığı müəyyən etmək üçün öz fərdi meyarlarından da yararlana bilərlər.

PDF yüklə

← Cild 10:2-yə qayıt
Əvvəlki İqlim dəyişikliyi və Azərbaycanda mina çirklənməsi ilə bağlı insan hüquqları perspektivləri Növbəti Əmək münasibətlərində distant iş tendensiyası: Pandemiyadan günümüzə