Buraxılış 11:2

Tanınmadan kənarda: Hüquqda gender-əsaslı zorakılığa yenidən baxış

11 Baku St. U. L.Rev. 250 (2025)

Annotasiya
Bu məqalə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Opuz Türkiyəyə qarşı (2009) adlı presedent qərarını araşdırır. Belə ki, sözügedən qərarda Məhkəmə məişət zorakılığını Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi çərçivəsində gender əsaslı ayrı-seçkilik forması kimi tanımışdır. Bu tədqiqatda isə adıçəkilən iş, xüsusilə Dianne Otto və Alexandra Timmer-in yanaşmalarına əsaslanaraq feminist hüquqi nəzəriyyə prizmasından təhlil edilir. Məqalənin məqsədi AİHM-in bu qərar vasitəsilə beynəlxalq insan hüquqları hüququnda gender bərabərliyinin inkişafına necə töhfə verdiyini qiymətləndirmək, həmçinin Məhkəmənin yanaşmasında mövcud olan konseptual və doktrinal məhdudiyyətləri müəyyənləşdirərək gələcək təfsirlər üçün daha transformativ bərabərlik modelinə keçid istiqamətləri təklif etməkdir.

PDF yüklə

← Cild 11:2-yə qayıt
Əvvəlki Rəqəmsal era və kodlaşdırılmış hüquq: Ağıllı müqavilələrin hüquqi tənzimlənməsi Növbəti Kriptovalyutalar: Müflisləşmə risklərini azaltmaq üçün qlobal hüquqi çərçivəyə dair istiqamətlər