İnvestor-dövlət mübahisələrində təcili arbitrajın inkişaf etdirilməsi: İnstitusional səviyyədə daha geniş tətbiqə çağırış
12 Baku St. U. L.Rev. 249 (2026)
Təcili arbitr mexanizmi kommersiya arbitrajında geniş tətbiq imkanları qazanmış prosessual yenilikdir. Lakin investorlarla dövlətlər arasında mübahisələrin həlli sahəsində bu mexanizm barədə eyni qənaətə gəlmək mümkün deyil. Məqalədə kommersiya və investorlarla dövlətlər arasında mübahisələrin həlli arbitrajları arasında mövcud fərqlər müəyyən edilir və üç aparıcı arbitraj institutunun qaydaları ətraflı müqayisəli təhlil olunur. Həmçinin mexanizmin investorlarla dövlətlər arasında mübahisələrin həlli sahəsində daha geniş tətbiqinə mane olan mübahisəli məsələlər araşdırılır və onun tətbiqinin genişləndirilməsi üçün müvafiq dəyişikliklər təklif edilir.
Məqalədə əsaslandırılır ki, təxirəsalınmaz müvəqqəti təminat tədbirlərinin tətbiqi dövlətin razılığına əsaslandığı və ədalətli icraatın təmin edilməsinə yönəlmiş prosessual təminatlarla müşayiət olunduğu təqdirdə, bu mexanizmin daha geniş tətbiqi həm investorlar, həm də mübahisə tərəfi olan dövlətlər üçün faydalı ola bilər. Təklif olunan institusional model arbitraja müraciətdən əvvəl gözləmə müddətlərini, qaydaların zamana görə tətbiqini və dövlətlərin cavab verməsi üçün zəruri müddəti nəzərə alır. Arbitraj institutlarının qaydalarına edilən dəyişikliklər tətbiq olunan beynəlxalq müqavilənin, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə münasibətdə isə həm də Konvensiyanın müəyyən etdiyi çərçivəyə uyğun olmalıdır, belə dəyişikliklər özlüyündə təcili arbitraja razılıq yarada bilməz.