Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Bu məqalə Avstriya, İtaliya, Yaponiya, Avstraliya və ABŞ-nin mədəni irsin aid edilməsi (atribusiyası) üzrə hüquqi çərçivələrini müqayisəli şəkildə araşdırır. Məqalədə atribusiya prosesinin meyarları ictimaiyyətə açıqlıq dərəcəsinə görə açıq və ya qapalı sistemlər olaraq təsnifatlaşdırılır. Araşdırma göstərir ki, atribusiyanın şəffaf və ictimaiyyətə açıq olduğu yurisdiksiyalarda meyarlar daha dar və konkret, qapalı prosedurların üstünlük təşkil etdiyi ölkələrdə isə meyarlar daha geniş və təfsirə açıq olur. Mədəni irsin düzgün qurulmuş atribusiya sistemi yeni dəyərləri mədəni irs anlayışında əhatə edəcək qədər elastik olmalı, lakin hüquqi müəyyənliyi və hər hansı bir xalqın və ya millətin mədəniyyətinin təməl dəyərlərini də zəiflətməməlidir. Məqalədə, həmçinin Azərbaycan Respublikası kimi atribusiya meyarlarını hələ tam formalaşdırmamış ölkələr üçün dövlətin mədəniyyət siyasəti və mövcud institusional resurslarından asılı olaraq, atribusiya prosesinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr irəli sürülür.
Bu post həm də digər dildə mövcuddur: 
    

