Mülki və inzibati hüququn ziddiyyət nöqtəsi: İnzibati müqavilə və ondan irəli gələn mübahisəli münasibətlərin hüquqi təhlili

11 Baku St. U. L.Rev. 164 (2025)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
İnzibati müqavilə anlayışı müasir hüquq sistemlərində, xüsusilə fransız hüququnun təsiri altında formalaşsa da, hələ də müxtəlif qanunvericiliklərdə vahid şəkildə təsbit edilməmişdir. Müqavilə institutunun mülki hüquqdan irəli gəlməsi bu sahədə müxtəlif yanaşmaların yaranmasına səbəb olmuşdur. Azərbaycan qanunvericiliyində inzibati müqavilə ayrıca hüquqi kateqoriya kimi təsbit edilmədiyindən bu anlayışın hüquqi mahiyyəti və tətbiq çərçivəsi mübahisəli olaraq qalmaqdadır.
Bu məqalədə inzibati müqavilənin anlayışı, xarakterik xüsusiyyətləri və hüquqi təbiəti müxtəlif ölkələrin qanunvericiliyi və doktrinal yanaşmaları əsasında təhlil edilmişdir. Müqavilənin inzibati akt və mülki-hüquqi müqavilə ilə müqayisəsi aparılmış, məhkəmə aidiyyəti, iddia müddəti və üçüncü şəxslərin hüquqlarının müdafiəsi kimi məsələlər araşdırılmışdır. Nəticə olaraq, inzibati müqavilələrin hüquqi çərçivəsinin formalaşdırılması üçün normativ və institusional təkliflər irəli sürülmüşdür.

Bu post həm də digər dildə mövcuddur: English