Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə ağıllı müqavilələrin hüquqi tənzimlənməsi və praktiki tətbiqi məsələləri aktuallıq kəsb edir. Kod vasitəsilə avtomatik icra olunan bu müqavilələrin dəyişməzliyi, orakllardan asılılığı və tərəflərin identifikasiyası kimi xüsusiyyətləri ənənəvi müqavilə hüququ ilə müəyyən ziddiyyətlər yaradır. Buna görə də müqayisəli təhlil əsasında ABŞ, Avropa İttifaqı və Rusiya təcrübələri nəzərdən keçirilir və ağıllı müqavilələrin Azərbaycan qanunvericiliyinə inteqrasiyası zamanı meydana çıxa biləcək ziddiyyətlər təhlil edilir. Aparılan araşdırma göstərir ki, ağıllı müqavilələrin hüquqi statusu hazırda bir çox yurisdiksiyada tam müəyyənləşdirilmir. Elektron imza və rəqəmsal identifikasiya sistemləri bu müqavilələrin hüquqi qüvvəsini təmin etsə də, kodun sərt və dəyişməz təbiəti insan iradəsinin təfsirini məhdudlaşdırır. ABŞ və Aİ qanunvericiliyində elektron sənədlərin və imzaların tanınması ağıllı müqavilələr üçün hüquqi baza yaratsa da, məsuliyyətin müəyyənləşdirilməsi və mübahisələrin həlli mexanizmləri hələ də açıq sual olaraq qalır. Yurisdiksiya problemi, ənənəvi təfsir mexanizmlərinin kifayət etməməsi kimi məsələlər Azərbaycan qanunvericiliyi üçün də xarakterikdir. Nəticə etibarilə, tədqiqat göstərir ki, texnoloji effektivliklə hüquqi çevikliyin uzlaşdırılması ağıllı müqavilələrin geniş tətbiqinin əsas şərtidir.
Bu post həm də digər dildə mövcuddur: 
    

