Son islahatlardan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi arasındakı münasibət – Qarşıdurma, yoxsa əməkdaşlıq?

11 Baku St. U. L.Rev. 52 (2025)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalədə Azərbaycanda son məhkəmə-hüquq islahatlarının Ali Məhkəmə ilə Konstitusiya Məhkəməsi arasında münasibətlərə təsirini təhlil ediləcək. Belə ki, son islahatlardan sonra Azərbaycan hüquq sistemində Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaratmaq səlahiyyəti və bunun hüquqi müəyyənliyə təsiri aktual mövzuya çevirilmişdir. Bununla belə, Ali Məhkəmənin bu səlahiyyəti Konstitusiya Məhkəməsi ilə münasibətlərdə müəyyən zidiyyətlərə yol açmışdır. Hazırkı məqalə müvafiq qanunvericilik və məhkəmə qərarları konteksintdə hər iki məhkəmənin səlahiyyət ilə bağlı yaranmış zidiyyətlərin səbəbini və aradan qaldırılması üçün tətbiq ediləcək institusional mexanizmləri təhlil edir.

Bu post həm də digər dildə mövcuddur: English