Kriptovalyutalar: Müflisləşmə risklərini azaltmaq üçün qlobal hüquqi çərçivəyə dair istiqamətlər

11 Baku St. U. L.Rev. 114 (2025)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Hazırda müxtəlif yurisdiksiyalarda və ittifaqlarda kriptovalyutalarla bağlı qanunvericilik, kriptosferanın əsasını sarsıdan daim dəyişən təhdidlərə cavab vermək baxımından kifayət qədər uyğunlaşdırılmayıb. Qanunvericiliyin həm daxili, həm də beynəlxalq səviyyədə standartlaşdırılmamasının özü də tənzimləmələrin yetərincə möhkəm və hərtərəfli olmamasına gətirib çıxarır. Bu çatışmazlıqlara cavab olaraq, məqalə qlobal hüquqi çərçivə üçün istiqamətverici bir təklif irəli sürməyi qarşısına məqsəd qoyur. Təklifin əsas məqsədi kriptovalyuta bazalı transsərhəd iflas hallarında bir neçə hüquqi çərçivəyə istinad etməklə yaranan mürəkkəblikləri azaltmaq və nəticə etibarilə iflas hallarının sayını minimuma endirməkdir. Məqalədə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında qanunların tətbiqi baxımından mövcud fərqlər də vurğulanır və xüsusilə resurs çatışmazlığı səbəbilə inkişaf etməkdə olan ölkələr üçün daha sadə və praktik qanunvericilik yanaşmalarının hazırlanmasının vacibliyi önə çəkilir. Daha sonra altı fərqli yurisdiksiyanın: ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Fransa, Keniya və Sinqapurun qanunvericilik çərçivələri təhlil olunur və onların kriptovalyutalarla bağlı risklərin idarə edilməsində effektivliyi qiymətləndirilir. Məqalə həmçinin bazar manipulyasiyası, qismən təmin edilmiş stabilkoinlər, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, habelə oğurluq kimi 4 əsas risk üzrə xüsusi təkliflər və istiqamətverici qaydalar təqdim edilir ki, məqalədə bu risklərlə bağlı müxtəlif yurisdiksiyaların hüquqi çərçivələrinin müqayisəli təhlili aparılır və mövcud qanunvericiliklərin qeyd olunan təhdidlərə qarşı yetərsiz qaldığı məqamlar vurğulanır. Əlavə olaraq, hər bir risk üzrə xüsusi təkliflər təqdim edilir ki, bu da qlobal qanunvericiliyin daha çox standartlaşdırılmasına xidmət edir.

Bu post həm də digər dildə mövcuddur: English