Hüquq düşüncəsinin manifesti: akademiyada yaradıcılıq böhranı

12 Baku St. U. L.Rev. 97 (2026)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalə müasir hüquq akademiyasında hökm sürən intellektual durğunluğu və yaradıcılıq böhranını təhlil edən proqram xarakterli manifestdir. Bu məqalə akademiyanın institut kimi deyil, düşüncə rejimi kimi dəyərləndirilməsini müdafiə edir. Hüquq düşüncəsinin əsasını fərdlərin səmimiyyəti və vicdanı təşkil edir, hüququ yalnız normativ şərhlərlə məhdudlaşdırmaq onun yaradıcılıq potensialını boğur. Məqalə həmçinin hüquq düşüncəsində Apollonik və Dionisian prinsiplərinin tarazlaşdırılmasının vacibliyini vurğulayır, postmodernizmin yaratdığı yeni senzura mexanizmlərinə qarşı çıxış edir, habelə hüququ estetik və fəlsəfi çərçivədə yenidən düşünməyi təklif edir.