Buraxılış 12:2

M&A əqdlərində əhəmiyyətli əlverişsiz dəyişiklik müddəaları: Makroiqtisadi hadisələrin təsiri

12 Baku St. U. L.Rev. 306 (2026)

Birləşmə və satınalma (mergers and acquisitions) (bundan sonra – M&A) əməliyyatlarında müqavilənin imzalanması ilə əqdin tamamlanması arasında keçən müddətdə satın alınan şirkətin vəziyyəti dəyişə bilər. Əhəmiyyətli əlverişsiz dəyişiklik (Material Adverse Change) (bundan sonra – MAC) müddəaları bu dövrdə baş verən əhəmiyyətli mənfi dəyişikliklərdən irəli gələn risklərin tərəflər arasında bölüşdürülməsinə xidmət edir. Lakin pisləşmə daha geniş makroiqtisadi dəyişikliklərin nəticəsi olduqda bu müddəaların tətbiqi mürəkkəbləşir. Belə ki, bütövlükdə bazara təsir edən eyni hadisə ayrı-ayrı şirkətlər üçün fərqli nəticələr yarada bilər. Buna görə də əsas məsələ belə pisləşmənin alıcının əqd üzrə artıq üzərinə götürdüyü riskə aid olub-olmaması və ya əqdin tamamlanması öhdəliyinə təsir göstərəcək dərəcədə əhəmiyyətli dəyişiklik təşkil edib-etməməsidir. Bu məqalədə makroiqtisadi dəyişikliklərin MAC müddəaları çərçivəsində necə qiymətləndirildiyi və məhkəmələrin bu kontekstdə əhəmiyyətli mənfi dəyişikliklə adi kommersiya riskini necə fərqləndirdiyi araşdırılır. MAC üzrə formalaşmış məhkəmə təcrübəsi nəzərdən keçirildikdən sonra eyni məsələ şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi baxımından təhlil edilir. Məqalədə həmçinin MAC üzrə beynəlxalq məhkəmə təcrübəsində formalaşmış yanaşmaların yerli praktikaya tətbiqi istiqamətində təkliflər irəli sürülür.

PDF yüklə

← Buraxılış 12:2-yə qayıt
Əvvəlki Fintexdə süni intellekt və “qara qutu” dilemması: Azərbaycan hüququnda tənzimləmə perspektivləri Növbəti Brendi qorumaq, yoxsa bazarı idarə etmək? Françayzinq müqavilələrində rəqabət məhdudiyyətlərinin hüquqi təhlili