Buraxılış 12:2

Brendi qorumaq, yoxsa bazarı idarə etmək? Françayzinq müqavilələrində rəqabət məhdudiyyətlərinin hüquqi təhlili

12 Baku St. U. L.Rev. 326 (2026)

Françayzinq müqavilələrində françayzerin brendin və kommersiya modelinin qorunması məqsədilə tətbiq etdiyi nəzarət mexanizmləri ilə rəqabətin qorunması tələbləri arasında tarazlığın təmin edilməsi rəqabət hüququnun aktual məsələlərindəndir. Qiymət tövsiyələri, ərazi bölgüsü, satış kanallarına nəzarət, məcburi təchizat və rəqabət etməmə öhdəlikləri françayzinq şəbəkəsinin vahid fəaliyyətini təmin etməyə xidmət etsə də, müəyyən hallarda françayzinin müstəqil bazar davranışını məhdudlaşdıran şaquli məhdudiyyətlərə çevrilə bilər. Bu baxımdan məqalədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin françayzinq müqaviləsinə dair müddəaları və Rəqabət Məcəlləsinin şaquli məhdudiyyətləri tənzimləyən normaları Avropa İttifaqının (bundan sonra – Aİ) hüquqi yanaşması ilə müqayisəli şəkildə təhlil edilir. Təhlil nəticəsində müəyyən edilir ki, Azərbaycan hüququnda əsas problem bu məhdudiyyətlərin ümumiyyətlə tanınmaması deyil, onların konkret müqavilə şərtlərinə və faktiki icra mexanizmlərinə tətbiqi üçün aydın qiymətləndirmə meyarlarının yetərincə müəyyən edilməməsidir. Bu problemin aradan qaldırılması üçün məqalədə françayzinq şərtlərinin yalnız müqavilə mətninə əsasən deyil, onların bazarda yaratdığı faktiki rəqabət təsiri nəzərə alınmaqla qiymətləndirilməsi təklif olunur.

PDF yüklə

← Buraxılış 12:2-yə qayıt
Əvvəlki M&A əqdlərində əhəmiyyətli əlverişsiz dəyişiklik müddəaları: Makroiqtisadi hadisələrin təsiri Növbəti Gücləndirilmiş müştəri autentifikasiyası: hüquqi tənzimləmə və tətbiq problemləri