Buraxılış 3:2

Azərbaycan əmtəə nişanı hüququnda qarışdırılma ehtimalı anlayışı

3 Baku St. U. L.Rev. 193 (2017)

Annotasiya
Bu məqalədə, ümumilikdə, sənaye mülkiyyətinə daxil olan əmtəə nişanı hüququnun Azərbaycanda hüquqi tənzimlənməsindəki problemlər və çatışmazlıqlar, əmtəə nişanlarının qeydiyyatından imtina və ya qeydə alınmış əmtəə nişanlarının qeydiyyatının ləğvi üçün əsas təşkil edən qarışdırılma ehtimalı araşdırılmışdır. Qarışdırılma ehtimalının müəyyən olunması üçün axtarılan əsas meyarlar öyrənilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qərarlarında əmtəə nişanından tələb olunan xüsusiyyətlər model olaraq Türk əmtəə nişanı hüququ ilə müqayisə edilərək, boşluqların aradan qaldırılması üçün təklif və
tövsiyələr verilmişdir.

← Cild 3:2-yə qayıt
Əvvəlki Bulud üçün ödəniləcək yüksək qiymət: Bulud əsaslı saxlama proqramları məlumatların saxlanmasını necə asanlaşdırır, lakin eyni zamanda özəl sektorun işəgötürənləri və işçiləri üçün hüquqi problemlər və təhlükəsizlik riskləri yaradır Növbəti Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu