Məqalənin dili: İngiliscə.
Annotsiya
İqlim dəyişikliyi nəticəsində baş verən dəniz səviyyəsinin qalxması, xüsusilə də başlanğıc xətlərin hüquqi statusu baxımından, dəniz hüququnun fundamental quruluşuna qarşı təcrübədə rastlanmamış bir çətinlik yaradır. Sahil xətlərinin dəyişməsi ilə hərəkət edən “dəyişkən” başlanğıc xətləri ilə fiziki dəyişikliklərə baxmayaraq stabil olan “sabit” başlanğıc xətləri arasındakı mübahisə inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün kritik hüquqi sual kimi meydana çıxmışdır. Sahil xəttinin geriyə çəkilməsi dəniz zonalarının mövcudluğunu təhdid altına aldıqca beynəlxalq cəmiyyət bu qütbləşmiş mövqelər arasında təcili etibarlı bir hüquqi yolun müəyyən edilməsi zərurəti ilə üz-üzə qalmışdır.
Bu məqalə üstün yanaşmanı müəyyən etmək üçün Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının müqavilələrin şərhi üzrə çərçivəsindən istifadə edərək Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyasının 5-ci maddəsinin, yəni araşdırma üzrə əsas müddəanın təhlilini aparır. Bundan əlavə, bu yazı Beynəlxalq Ədalət Məhkəməsinin yaxın vaxtlarda olan dərc olunan İqlim Dəyişikliyi ilə bağlı Məşvərətçi Rəyini təhlil etməklə başlanğıc xətləri məsələsində Məhkəmənin təkamül kimi təqdim edilən qiymətləndirməsinin zəif cəhətlərini ön plana çıxarır və daha əlverişli potensial yanaşma istiqamətlərini vurğulayır.
Bu post həm də digər dildə mövcuddur: 
    

