Buraxılış 12:2

Fintexdə süni intellekt və “qara qutu” dilemması: Azərbaycan hüququnda tənzimləmə perspektivləri

12 Baku St. U. L.Rev. 274 (2026)

Bu məqalədə fintex sektorunda kredit və sığorta risklərinin qiymətləndirilməsi, habelə fırıldaqçılığın aşkarlanması kimi həlledici proseslərdə süni intellektin (bundan sonra – Sİ) tətbiqindən doğan hüquqi, etik və əməliyyat riskləri nəzərdən keçirilir. Tədqiqatın mərkəzində dərin öyrənmə alqoritmlərinin daxili məntiqinin qeyri-şəffaflığından qaynaqlanan “qara qutu” fenomeni, bununla əlaqədar yaranan alqoritmik qərəzlilik, fiziki şəxslərin hüquq və qanuni maraqlarının pozulması riski dayanır. Məqalədə Avropa İttifaqının Süni İntellekt Aktı (European Union’s Artificial Intelligence Act) (bundan sonra – Akt) və Ümumi Məlumatların Qorunması Qaydasının (General Data Protection Regulation) (bundan sonra – GDPR) standartları əsasında formalaşan tənzimləmə modelləri təhlil olunur. Qeyri-şəffaflığın aradan qaldırılmasında İzah edilə bilən Sİ-nin rolu əsaslandırılsa da, bu texnoloji yanaşmanın təkbaşına kifayət etmədiyi vurğulanır və “məqsədyönlü insan nəzarəti” ilə “insan dövrədə” yanaşmalarının tətbiqi zəruriliyi irəli sürülür. Bu çərçivədə qərarın hüquqi və faktiki əsaslılığına cavabdeh olan şəxslərin (nəzarətçi-mütəxəssislərin) avtomatlaşdırılmış qərarvermə prosesindəki rolu müəyyənləşdirilir. Həmçinin tədqiqat boyunca Azərbaycanın milli inkişaf strategiyaları və Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) tənzimləmə alətləri qiymətləndirilir. Yekunda isə alqoritmik şəffaflığın və izaholunma tələblərinin gücləndirilməsi, eləcə də yüksək riskli avtomatlaşdırılmış qərarların qəbulunda nəzarətçi-mütəxəssisin məcburi iştirakının təmin edilməsi məqsədilə milli qanunvericilik üçün konkret normativ təkliflər irəli sürülür.

PDF yüklə

← Buraxılış 12:2-yə qayıt
Əvvəlki İnvestor-dövlət mübahisələrində təcili arbitrajın inkişaf etdirilməsi: İnstitusional səviyyədə daha geniş tətbiqə çağırış Növbəti M&A əqdlərində əhəmiyyətli əlverişsiz dəyişiklik müddəaları: Makroiqtisadi hadisələrin təsiri